Accessibility links

Şimali Koreyanın nüvə böhranı necə həll ediləcək? - 2003-03-24


Cənubi Koreya prezidenti Roo Moon Hyun Şimali Koreyanın ona ABŞ tərəfindən hücum ediləcəyi barədə qorxularını azaltmağa çalışaraq, Pxenyanın nüvə silahları proqramı ilə bağlı qarşıdurmanın sülh yolu ilə həllinə inandığını bildirib. Cənab Roh İraqla müharibənin ardınca Şimali Koreyanın növbəti hədəf olacağı şaiyələrini rədd edib. Şimali Koreya və Cənubi Koreyadanın bə’zi qrupları ABŞ-ı Simali Koreyaya qarşı hücum planlaşdırmaqda günahlandırıb. Prezident Bush böhranın sülh yolu ilə həll edilə biləcəyinə inandığını bildirməsi ilə yanaşı diplomatiyanın nəticə vermədiyi təqdirdə hərbi əməliyyatı istisna etməyib.

XS
SM
MD
LG