Accessibility links

Əfqanıstanın şimalında hərbi əməliyyatlar davam edir - 2003-03-28


Bu gün Birləşmiş Ştatların başçılıq etdiyi koalisya qüvvələri Əfqanıstanın şimal dağlıq bölgəsində ikinci böyük hərbi əməliyyat həyata keçirirlər. Taleban və Əl-Qaidə qalıqlarının “Səhra şiri” adlandırılan axtarış əməliyyatı dünəndən e’tibarən Kohe Safi dağlarında başlayıb. Birinci əməliyyat isə bu ayın əvvəlləri cənub-şərqi Samiqar bölgəsində həyata keçirilmişdi. Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin bildirdiyinə görə onun işçilərindən biri, El-Salvador mənşəli İsveç vətəndaşı Oruzqun vilayətində namə’lum silahlı şəxslər tərəfindən qətlə yetirilmişdir.

XS
SM
MD
LG