Accessibility links

Bu gün Bağdad güclü bombardmana məruz qalıb. - 2003-03-28


Bu gün Birləşmiş Ştatların başçılığı altında gedən İraqda Azadlıq əməliyyatının 9-cü günüdür. Bağdad güclü bomba və raket zərbələri endirildiyi bir vaxt, koalisiya qüvvələri müxtəlif istiqamətlərdən İraq paytaxtına doğru irəliləməyə cəhd edirlər. Bu gün Bağdad Birləşmiş Ştatların B-2 tipli təyyarələrinin güclü bombardmanına məruz qalıb. Amerikanın rəsmi şəxsləri hücumda B-2 tipli ağır bombardmançı təyyarələrdən istifadə edildiyini bildirirblər. Bağdada çəkisi 2 tondan artıq olan iki bomba atılıb. Qərb jurnalsitləri xəbər verirlər ki, bombalar İraqın informasiya nazirliyinin yaxınlığındakı binalara, o cümlədən Al-Salam prezident sarayına düşüb. İraq tərəfi hücum nəticəsində 75 mülki şəxsin həlak olduğunu bildirib. Bağdadın cənubunda Koalisiya qüvvələrinin Nəsiriyə və Nəcəf şəhərləri yaxınlığında iraqın partizan dəstələri ilə döyüşləri davam edir. Hərbi şəxslər bilidirlər ki, son 24 saat ərzindnə gedən döyüşlərdə 12 amerikan dəniz desantçısı itkin düşüb, 14-ü isə yaralanıb. Amerika qüvvələri Nəsiriyyə şəhərinin cənub və şimal hissələrinə nəzarət edirlər. İraqın şimalındakı kürdlərin nəzarəti altında olan Şamşamal şəhəri geri çəkilən iraq qoşunlarının artileriya atəşinə məruz qalıb. Şamşamal neftlə zəngin Kərkükdan 40 kilometr araılıqda yerləşir. Birləşmiş Ştatalr yaxın günlərdə regiona əlavə 100 min əsgər göndərməyə hazırlaşır. Bunlar əsasən zirehli diviziyalar və mexnikləşdirilmiş hərbi birləşmələrdir. Rəsmi şəxslər yeni qüvvələrin yerləşdirilməsini Pentaqonun hərbi planının bir davamı kimi izah edirlər. Bu gün Mərkəzi Komandanlığın Qatardakı baş gərargahında mətbauat konfrası keçirən Briqada generalı Vinsent Bruks mətbuat nümayəndələrinin çətin sualları ilə üzləşməli olub. Müxbirlər bir neçə dəfə generaldan ABŞ qüvvələrinin irqlıların hərbi taktikasına hazır olub-olmamasına dair suallar veriblər. Vinset Brus hərbi plan hazırlanarkən səhvə yol verilmədiyini deyib. Onun sözlərinə görə Səddam Fədyainlərinin taktikasının hərbi plana tə’siri olmayıb.

LAKİN Mərkəzi KƏŞFİYYAT İDARƏSİNİN yeni hazırladığı gizli hesabat nizamsız iraqlı qüvvələrin koalisiyaya daha böyük təhlükə kəsb edə biləcəyinə dair xəbərdarlıq verib. İraqdakı amerikan ordusunun 5-ci korpusunun komandanı general Uilyam Vallas “Nyu-York Tayms” qəzetinə deyib ki, nizamsız qüvvələrdən istifadə etdiyinə görə, bizim vuruşduğumuz düşmən planlarızmızda gözlədiyimiz düşməndən fərqlənir. Bu arada isə prezident Buş müharibə planını sual altına alan mətbuatdan narazı qalıb. Bu barədə administrasiyanın yüksək səviyyəli nümaymndəsi bildirib. Rəsmi şəxsin sözlərinə görə cənab Buş müharibənin yeni başladığı və uğurla davam etdiyi bir vaxt faktalara arxalanmayan belə skeptisizmi və sualları yersiz hesab edir. Avstraliyanın baş naziri Con Hovard bildirirb ki, müharibədən sonrakı İraq Birləşmiş Ştatların yaradacağı administrasiya tərəfdindən idarə olunacaq. Bəsra yaxınlığındakı Britaniya qüvvələri xəbər verirlər ki, mühasirədə olan şəhərdəki Fədayinlər Bəsra körpüsünü keçməyə cəhd edən sakinlərə atəş açırlar. Digər inkişaflarda: İraqın informasiya naziri dünən bildirirb ki, koalisiya qüvvələri məğlub olacaq və öz qəbrlərini Bağdadda tapacaqlar. İraqın müdafiə naziri Səddam Hüseynin hərbi stategiyasını açıqlayıb. ABŞ həriçilərinin narahat edən bu plan koalisiya qüvvəlrinin Bağdada daxil olandan sonra uzun, qanlı küçə döyüşlərinə cəlb edilməsini nəzərdə tutur. Bağdadda isə İraqın səhiyyə naziri Umid Mübarək bildirirb ki, indiyə qədər 350 iraqlı mülki vətəndaş həlak olub. Onun sözlərinə görə, koalisiya qüvvələri əsgərləri nişan aldıqları kimi, qadın və uşaqları da nişan alırlar. Münaqişə başlananadan bəri 47 Amerika və Britaniya əsgərinin həlak olduğu təsdiq olunub. Müharibədə jurnalsitlərin də itkilər verdiyi xəbər verilir. Müahribəni ışıqlandırmaq üçün Bağdada daha yaxşı girişə malik olan Ərəb televiziyalarının bir neçə əməkdaşı yoxa çıxıblar. Belə ki, son günlər Əl-Arabiyanın 3, Livan televiziyasının 2 və Əl -Cəziranın bir əməkdaşı itkin düşüb. Müharibə Amerikanları ayıq-sayıq olmağa məcbur edir. Bə”zən bu absurd situasiyalara gətirib çıxarır. Belə ki, bu gün ekstra təhlükəsizlik tədbirləri altında olan Nyu York şəhərinin polisi səhər çağlarında Manhettanla Bruklin adalarını bağlayan Uilyamsburq körpüsündə üç şübhəli şəxsin olduğunu müəyyənləşdirərək Körpünü iki saat yarımlığına bağlayıb. Yoxlamadan sonra mə”lum olub ki, nəqliyyatın hərəkətını pozan bu üç nəfərin terrorçuluqla heç bir əlaqəsi yoxdur. Nyu Yorkun meri Maykl Blumberqin sözlərinə görə, sitat: “ Bu üç avara körpüdə oturub sadəcə piyvə içirmişlər.

XS
SM
MD
LG