Accessibility links

Israildə 30 adam yaralanıb - 2003-03-30


İsrailin Netanya şəhərindəki bir kafe qarşısında kamikadze hücumu 30 adamın yaralanması ilə nəticələnib. Xəsarət alanlardan üçünün ağır vəziyyətdə olduğu bildirilir. Təhlükəsizlik xidmətçiləri hücumçuya kafeyə daxil olmağa imkan verməmişlər. Hadisənin məs’uliyyətini islamçı Cihad qrupu üzərinə alıb. Cihad qrupu bildirib ki, Amerika və Britaniya qüvvələrinə qarşı kamikadze hücumları məqsədi ilə İraqa könüllülər göndəriləcək.

XS
SM
MD
LG