Accessibility links

Koalisiya qüvvələri İraqın müxtəlif şəhərləri və paytaxt Bağdada zərbələr endirməyə davam edirlər - 2003-03-30


İraqla müharibənin 11-ci günü koalisiya qüvvələri İraqın hərbi müdafiə sisteminin zəiflədilməsi üçün hərbi hava əməliyyatlarını davam etdirmişlər. Bağdadda bir neçə obyekt atəşə tutulmuşdur. Mərkəzi komandanlığın bildiridiyinə görə, hərbi qüvvələr Bağdadın beynəlxalq hava limanı yaxınlığında yerləşən hərbi qərargah və Dəclə çayı sahillərində kəşfiyyat obyektini atəşə tutmuşlar. Cənubda Britaniya hərbi qüvvələri Bəsrə şəhərində İraqın yarı-hərbi dəstələrinin atəşə tutulduğunu bildirirlər. Nasiriyyə şəhəri yaxınlığında isə koalisiya qüvvələri insan qalıqları, hərbi forma və avadanlığın mövcud olduğu məzar aşkar etmişlər. Bunların keçən həftə hücuma mə’ruz qaldıqdan sonra itkin düşmüş Amerika hərbi dəniz qüvvələrinin əsgərlərinin cəsədləri olduğuna inanılır. Şənbə günü Nəcəf şəhərində mülki geyim geymiş İraq zabiti maşında bombanı işə saldığı zaman Amerika hərbi dəniz qüvvələrinin dörd əsgləri həlak olmuşdur. İraqın vitse-prezidenti Taha Yasin Ramazan intihar hücumlarının davam etdiriləcəyini demişdir. Birləşmiş Ştatların hərbi qüvvələrini mərkəzi İraqda müşayət edən Amerikanın Səsinin müxbiri Alişa Rüi deyir ki, bu hücum müharibədə yeni bir presedent yaratmışdır.

“Bu, ilk dəfədir ki, maşında bomba partladılır, daha doğrusu, maşında intihar hücumu baş verir. Bundan əvvəl baş vermiş hadisələr kiçik silahlar vasitəsilə, yük maşınlarına silahlar yerləşdirilməklə törədilmişdi, yə’ni əvvəllər kiçik silahlardan istifadə olunmuşdu. Mən deyə bilərəm ki, indi bütün İraqda təhlükəsizlik tədbirləri gücləndirilib.”

İraqın şimalında kürd qüvvələri İraq ordusunu ərazilərdən çıxarma əməliyyatını davam etdirərək Kərkükdə mövqelərini möhkəmlətmişlər. Qatarda koalisiya qüvvələrinin hərbi komandanı general Tommi Frenks hərbi qüvvələrin İraqın şimalında terrorçuların çox böyük düşərgəsini məhv etdiyini bildirib. Əməliyyatın detallarını açıqlamayan general Frenks düşərgənin İraq hökumətinin terrorizmlə əlaqələrinə dair dəlil olacağına inandığını bildirib. General əlavə edib ki, İraqın şimalında kürd fraksiyaları arasında iğtişaşlara yol verməmək üçün Birləmiş Ştatların desantı bir neçə gün əvvəl İraqın şimalında enmişdir. Müharibənin başladığı 11 gün ərzində Tommi Frenksın bidilrdiyi kimi, böyük tərəqqi əldə edilmişdir. Onun bildirdiyinə görə, İraqın cənubundakı neft quyuları indi koalsiya qüvələrinin nəzarəti altındadır və onların çoxuna zərər dəyməyib. Koalisiya qüvvələrinin hərbi komandanı mərkəzdə İraq qüvvələrinin güclü müqavimət göstərməsinə görə, əlavə qüvvələrə ehtiyac olduğu haqda xəbərləri təkzib edərək qeyd etdi ki, Birləşmiş Ştatların 100 min nəfərdən ibarət hərbi qüvvəsinin bir neçə gün bundan əvvəl İraqa göndərilməsi onun döyüş planının orijinal variantının bir hissəsi idi. General Frenks bildirdi ki, koalisiya qüvvələrinin Nasiriyyə və Nəcəf şəhərlərində olduğu kimi, qarşılaşdığı müqavimət yarı-hərbi dəstələr tərəfindən göstərilmişdir. Onlar generalın sözlərinə görə, şəhərlərin mərkəzlərini ələ keçirən quldurlardır.

“Onlar özlərini elə görstərirlər ki, şəhər və kəndlərdə İraqlılar arasında qorxu yarada bilərlər və bizi təchizat almaq imkanından məhrum edə bilmək qabiliyyətinə malikdirlər.”

Hal-hazırda general Tommi Frenksin dediyinə görə, koalisiya qüvvələri Bağdaddan 100 kilometrdən az bir məsafədə yerləşirlər.

XS
SM
MD
LG