Accessibility links

NBC İraq televiziyasına müsahibəyə görə jurnalisti işdən çıxardı - 2003-03-31


Birləşmiş Ştatların NBC televiziya şəbəkəsi Pulitzer mükafatının laureatı, jurnalist Piter Arneti İraq televiziyasına verdiyi müsahibəyə görə işdən azad edib. Bu gün yaydığı bəyanatda NBC şirkəti cənab Arnetin müharibə vaxtı dövlətin nəzarət etdiyi İraq televiziyasına müsahibə verməsini səhf adlandırıb. Piter Arnet İraq televiziyasına deyib ki, Birləşmiş Ştatlar İraq qüvvələrinin gücünü düzgün qiymətləndirə bilmədiyi üçün müqavimətlə qarşpılaşan Vaşinqton müharibə planını yenidən nəzərdən keçirir. Cənab Arnet sonradan müsahibəsinə görə üzr istəmiş və bunun səhv qərar oldudunu demişdir. Piter Arnet Bağdadda qalan bir neçə jurnalistdən biridir. O, İraqa “National Geografic” jurnalı tərəfindən e’zam edilmişdi. Bununla yanaşı, o həmçinin NBC şirkəti üçün də reprotajlar hazırlayırdı. Cənab Arnet Vyetnam müharibəsini və 1991- cil Körfəz müharibəsini CNN üçün ışıqlandırdığına görə Pulitzer mükafatına layiq görülmüşdür.

XS
SM
MD
LG