Accessibility links

ABŞ quru qüvvələri Nəcəfə daxil oldu - 2003-04-01


Bağdad bu gün koalisya qüvvələrinin daha çox atəşinə mə’ruz qalıb. Bu arada, Birləşmiş Ştatların ordu komandanı quru qüvvələrin Bağdaddan 150 kilometr məsafədə yerləşən Nəcəf şəhərinə daxil olduğunu bildirib. Birləşmiş Ştatların 101-ci desant diviziyasının polkovniki Ben Hodcs Amerikanın Səsinə deyib ki, quru qoşunlar İraq hədəflərinə gecə hücumlarından sonra günün əvvəli Nəcəfə daxil olublar. Polkovnikin bildirdiyinə görə, qüvvələr şiddətli döyüşlərin getdiyi şəhərdə təhükəsizliyin tə’min edilməsi ilə məşğuldur. Koalisiya qüvvələri isə Bağdadın özü və ətraflarındakı obyetktləri havadan üç mərhələdə güclü atəşə tutmuşlar. Bu obyetklər arasında Səddam Hüseynin respublika sarayı və İraq respublikası mühafizəçilərinin şəhərin cənubundakı qərargahı olub. İraqın informasiya naziri son 24 saat ərzində Bağdadın bombardmanı zamanı 19 nəfərin həlak olduğunu bildirib.

XS
SM
MD
LG