Accessibility links

Amerika əsgəri əsirlikdən xilas edilmişdir - 2003-04-02


Mərkəzi komandanlığın nümayəndəsi kapitan Frenk Torp deyir ki, Birləşmiş Ştatların xüsusi tə’yinatlı dəstəsi sıravi Cessika Linçi dünən gecəyarıya yaxın Nəsiriyə yaxınlığındakı xəstəxanadan tapmışlar. Birləşmiş Ştatların Mərkəzi Komandanlığının nümayəndəsi kapitan Frenk Torp qeyd edib ki, qabaqcadan hazırlanmış bu əməliyyat bir neçə dəqiqə ərzində başa çatmışdır. Amerika qüvvələri müqavimətlə üzləşsələr də tələfat verməmişlər. Qeyd edək ki, Amerikanın 19 yaşlı sıravi əsgəri Linç 10 gün əvvəl onun ehtiyat konvoyunun pusquya salınmasından sonra yaralanmış və əsir götürülmüşdü. Birləşmiş Ştatların Mərkəzi Komandanlığı xəbər verir ki, xüsusi tə’yinatlı qüvvələr Nəsiriyə yaxınlığında 11 nəfərin cəsədini aşkar etmişdir. İndi tibbi ekspertiza cəsədlərin kimə məxsus olduğunu müəyyənləşdirir. Buş administrasiyasının rəsmi nümayəndələri sıravi Linçin xilasını yüksək nailiyyət kimi qiymətləndirmiş və millətin onun xilaskarları ilə fəxr etdiyini bildirmişdir.

XS
SM
MD
LG