Accessibility links

Talebanların bazaları dağıdılıb - 2003-04-04


Birləşmiş Ştatların başçılığı altında əfqan qüvvələri cənub-qərbi dağlıq Torqar bölgəsində talebanların bazalarını ələ keçiriblər. Əməliyyat zamanı 8 taleban döyüşçüsünün öldürüldüyü, 15-nin isə həbs edildiyi xəbər verilir. Bu gün xüsusi tə’yinatlı qüvvələrə qarşı atəş açıldıqdan sonra Amerika qüvvələri tərəfindən həmin bazaya havadan güclü zərbələr endirilmişdi. Amerikanın bir hərbi nümayəndəsinin dediyinə görə taleban döyüşçülərindən bə’zisi qaçmağa nail olmuşdur. Nümayəndə demişdir ki, Pakistanla sərhəd bölgədə yerləşən Kunar vilayətinin Əsədabad şəhərindəki baza yaxınlığında iki pulemyot və 2 raketatan qurğu ilə 6 adam ələ keçirilmişdir.

XS
SM
MD
LG