Accessibility links

Bağdad mühasirədədir - 2003-04-06


Birləşmiş Ştatların hərbiçiləri Amerika qüvvələrinin Bağdadı demək olar ki, tamamilə mühasirəyə aldıqlarını deyirlər. ABŞ-ın rəsmi nümayəndələrinin bildirdiyinə görə şəhər uğrunda dünənki döyüşlərdə 3 minə yaxın İraq döyüşçüsü həlak olmuşdur. Amerikanın az itki verdiyi bildirilmiş, lakin təfərrüat verilməmişdir. Bu gün qüvvələr şəhərin cənubunu tutmuşlar, Şəhərin bir neçə bölgəsini partlayış, arteleriya və raket atəşlərinin səsi bürümüşdü. İraq Amerika qüvvələrinə qarşı raket hücumuna keçdiyini bildirir. Bu gün Britaniyanın onlarla tank və zirehli maşını iki həftə davam edən döyüşlərdən sonra güclü müqavimətə baxmayaraq, ikinci böyük şəhər Bəsrəyə daxil olmuşlar.

XS
SM
MD
LG