Accessibility links

Bağdadın özü və ətrafında intensiv döyüşlər gedir - 2003-04-08


Birləmiş Ştatların hərbi qüvvəri bir neçə istiqamətdən Bağdada doğru irəliləməyə davam edirlər. Bağdadaın mərkəzində isə döyüşlər davam edir. Rəsmi nümayəndlərin bildirdiyinə görə, hərbi dəniz qüvvələri Bağdaddan cənub-şərq istiqamətində yerləşən Rəşid hərbi hava limanını ələ keçirmişlər. İndi Amerika əsgərləri Bağdad ərazisində artıq üç aeroportdan ikisinə nəzarət edirlər. Səddam Hüseynin taleyinə gəldikdə, dünənki bombardmandan sonra onun və iki oğlunun həlak olub-olmadığı mə’lum deyil. Birləşmiş Ştatların briqada generalı Vinsent Bruks Qatarda mərkəzi komandanlığın qərargahında müxbirlərə demişdir: “Biz rəhbərlik görüş keçirən zaman hücum həyata keçirə bildik. Hesab edirik ki, həmin obyektin dağıdılması baxımından bu, çox effektiv hücum idi. Orada olanlar və onların vəziyyətinə gəldikdə, bunu tam müəyyən etmək ünç vaxt lazım olacaq.”

Birləşmiş Ştatların rəsmi nüamyəndələri Səddam Hüseyn və onun iki oğlunun həmin binada olduğu haqda mə’lumat verdikdən sonra B-1 bombardmançı təyyarəsi Bağdadın yaşayış məntəqələrində birinə bomba atmışlar. General Bruks koalisiya qüvvələrinin hücuma mə’ruz qalmış obyektə nəzarət etmədiyini və orada ölənlərin kim olduğunu müəyyən etmək üçün əsaslı tibbi ekspertizanın lazım olduğunu söyləmişdir. Bu arada, Amerika əsgələri Bağdadda mövqelərini möhkəmlətdikcə, paytaxt Səddam Hüseynin saraylarına nəzarəti sür’ətlə ələ keçirirlər. Amerikanın Səsinin müxbiri Alişa Rüi Birləşmiş Ştatlar ordusunun üçüncü piyada diviziyasını müşayət edir. O, üçüncü batalyonun birinci briqadasının komandiri, polkovnik Rok Markone ilə plan haqda danışır. “Biz mənim piyada əsgərlərimlə burada olacayıq. Səddam Hüseynin sarayı olan bu möqeyi tutacayıq, buranı mühəndislərdən, partlatma işləri və artilleriya silahlarının zərərsizləşidilməsi üzrə mütəxəssilərdən ibarət qrupla təmizləyəcəyik.”

Qədim Mesopotamiya üslubundan tikilmiş bu saray İraqda Səddam Hüseynə məxsus 18 təmtəraqlı saraydan biridir. Amerikanın Səsinin müxbri Alişa Rüi.: “İçəridə heç kəs yoxdur. Foyedə böyük təmtəraqlı çilçiraq, bəzəkli mebel, bir də Səddam Hüseynin hər yerdə olduğu kimi, divardan asılmış şəklindən başqa otaqlarda heç bir şey yoxdur.”

Amerika əsgərləri otaq-otaq sarayı gəzirlər.

Bir qədər sonra ikinci briqada bir neçə kilometr şəhərin mərkəzində daha bir sarayın ələ keçirildiyini xəbər verir. Əsgərlərdən biri gülümsərək “üçü ələ keçirilib, qalıb on beşi“ deyir. Sarayı ələ keçirən zaman Amerika əsgərləri kiçik müqavimətlə qaşılaşmışlar. Sarayın girişində iki iraqlı snayper qətlə yetirilmiş, digərləri qaçmışlar. Bağdadda döyüşlər davam edir.

XS
SM
MD
LG