Accessibility links

İraq şəhərləri talan edilir - 2003-04-11


Bağdadda üç gündür davam edən talançılıq tibbi sistemin dağılmasına gətirib çıxarıb. Bunu bildirən Beynəlxalq Qırmızı Xaç komitəsi qanun-qayda yaratmaq üçün koalisiya qüvvələrinə müraciət edib. Qırmızı xaçın bəyanatında Bağdad və İraqın digər bölgələrində qarmaqarışıqlıqla bağlı həyəcan xəbəri verilir. Talançılıq və anarxiya bu gün İraq qüvvələrinin koalisiya qüvvələrinə təslim etiyi Mosulda da baş alıb gedir. Birləşmiş Ştatların hərbi qüvvələrinin rəsmi nümayəndələrinin bildirdiyinə görə, koalisiya qüvvələri Bağdadda və hər yerdə vəziyyətin nəzarət altına alınması üçün lazım olanı edirlər. Bununla belə, hərbi qüvvələr ordunun əsas missiyasının İraqın müqavimətini qırmaqdan ibarət olduğunu söyləyiblər.

XS
SM
MD
LG