Accessibility links

ABŞ hərbi qüvvələrinin Mərkəzi Komandanlığı: qarşıda böyük vəzifələr durur - 2003-04-12


Birləşmiş Ştatların hərbi qüvvələrinin mətbuat katibinin dediyinə görə, Səddam Hüseynin doğma şəhəri, hərbi qüvvələrin guman edildiyi kimi, son müqavimətlə qarşılacağı Tikritin süqutu hələ müharibənin sonu demək olmayacaq. Birləşmiş Ştatların hərbi qüvvələri qarşısında hələ də ölkənin başqa yerlərində Səddam tərəfdarı qüvvələrin məhv edilməsi vəzifəsi durur. Mərkəzi Komandanlığın mətbuat katibi briqada generalı Vins Bruks deyir ki, əgər Birləşmiş Ştatların hərbi qüvvələri qarşıda əsas məqsəd kimi qoyulan Tikriti ələ keçirsələr belə müharibənin sona çatdığının e’lan edilməsinə qədər onların qarşısında digər vəzifələr durur. "Əgər bizim daxil olduğumuz başqa şəhərlər kimi, Tikrit də ələ keçirilsə, rejimin orada qalıqları məhv edilsə və hərbi qüvvələr oradan çıxarılsa belə, bu, alınmış daha bir şəhər demək olacaq". General Bruks deyir ki, Tikrit Səddam Hüseyn rejimi ilə əlaqəsi olan qüvvələrin mövcud olub fəaliyyət göstərdiyi yeganə şəhər deyil. Onun dediyi kimi, ölkənin başqa hissələrində də rejimin qalıqları mövcuddur. Eyni zamanda, Vins Bruks qeyd edib ki, Səddam Hüseyn rejimini hakimiyyətdən salmaq Birləşmiş Ştatların hərbi qüvvələrinin yeganə məqsədi deyil. Amerikanın hərbi qüvvələri hələ də İraqın kütləvi qırğın silahları proqramına cəlb olunmuş ölkə liderlərini axtarıb tapmalı və bu proqramlara son qoymalıdırlar.

XS
SM
MD
LG