Accessibility links

Britaniya rəsmiləri İraq məsələsini müzakirə etmək üçün Yaxın Şərqə yola düşüblər - 2003-04-13


Britaniyanın xarici işlər naziri Cek Strou və onun müavini Mayk O’Brayan İraqın bərpası məsələsini müzakirə etmək üçün bu gün Yaxın Şərq və Körfəz regionu ölklərinə səfərə çıxmışlar. Britaniya xarici işlər nazirliyinin bildirdiyinə görə, cənab Strou Bəhreyn, Küveyt, Qatar və Səudiyyə Ərəbistanı, cənab O’Brayan isə İran və Suriyaya səfərlər edəcəklər. Bu arada, Rusiyanın xarici kəşfiyyat agentliyi Moskvanın İraq hökumətini hərbi kəşfiyyat mə’lumlatları və müharibədən hələ çox əvvəl Britaniyanın baş naziri Toni Bleyerə dair informasiya ilə tə’min etdiyi haqda xəbərlərə münasibət bildirməkdən imtina etmişdir. Kəşfiyyat idarəsinin nümayəndəsinə istinad edən İnterfaks agentiliyi bildirib ki, idarə bu kimi əsassız mə’lumatlara dair şərh vermir.

XS
SM
MD
LG