Accessibility links

Britaniya Suriyanın liderlərilə yuksək səviyyədə danışıqlar keçirir - 2003-04-14


Danışıqlar Britaniyanın Birləşmiş Ştatların Suriyanın kimyəvi silahlar gizlətdiyinə dair ittihamlarına qoşulduğu bir vaxta təsadüf edir. Britaniya Amerika ilə birlikdə Suriya və İraqın sabiq rəsmiləri arasında mümkün əlaqələr haqda həyəcan qaldırır. Londonda keçirdiyi mətbuat konfransında Britaniyanın müdafiə naziri Cef Hun Suriyanın İraqın silah sənayesi sahəsində çalışan alimlərindən istifadə edə bilməsi ehtimalını irəli sürdü.

“Hesab edirəm ki, dərhal narahat olmağımıza İraqın kütləvi qırğın silahları proqamına cəlb olunmuş adamların Suriyaya keçə bilməsi riski əsas olmuşdur. Beləliklə, Suriyanın bu istiqamətdə sə’ylərinə təkan verilə bilər.”

Hal-hazırda xarici işlər naziri Cek Strou Yaxın Şərq ölkələrində İraq məsələsini regionun dövlət başçıları ilə müzakirə edir. Küveytdə keçirilmiş mətbuat konfransında cənab Strou keçən ay Birləşmiş Ştatların başçılığı ilə koalisiya qüvvələri İraqa daxil olmamışdan Suriya və İraq arasında, onun ifadəsilə, “əhəmiyyətli dərəcədə əməkdaşlı”ğın mövcud olduğunu bəyan etmişdir. Cək Strounun bildirdiyinə görə, bu əməkdaşlığa son qoyulması üçün Suriyanın rəsmilərilə baş nazir Toni Bleyer səviyyəsində danışıqlar aparılır. “Biz Suriya hökumətindən istəyirik ki, Səddamın əhatəsində olan şəxslərin ədalət məhkəməsi qarşısına çıxarılmasına qarantiya verilməsi üçün mümkün dərəcədə tam əməkdaşlıq kimi vəzifəni öz üzərinə götürsün. Suriyanın qeyri-qanuni olaraq onları saxlaması suallarına da buna uyğun şəkildə cavab veriləcək.”

Cek Strounun dediyinə görə, prezident Buşun Suriyanın kimyəvi silahlara malik olması haqda bəyan etdiklərini müdafiə etmək üçün dəlil yoxdur. Lakin Britaniyanın rəsmi nümayəndələri məsələnin mütləq müzakirə olunmalı olduğunu düşünürlər. Britaniyanın xarici işlər naziri Suriyaya hücumun planlaşdırıldığı fikrini rədd edərək söyləmişdir ki, “Suriya növbədə deyil.” Suriyanın özünə gəldikdə, hökumət İraq rəsmilərinə sığınacaq vermədiyini və qadağan olunmuş silahlar saxlamadığını bildirir.

XS
SM
MD
LG