Accessibility links

İsrail İordan çayının qərb sahilləri və Qəzza zolağını tamamilə bağlayıb - 2003-04-16


İsrail ordusunun bildirdiyinə görə bayram günləri terror hücumları ilə bağlı 56 xəbərdarlıq almış və fələstinlilərin, tə’cili tibbi yardım istisna ediməklə, İsrailə daxil olmalarına qadağa qoyulması qərarı buna görə verilmişdir. İsrail bundan əlavə balıqçılara Qəzza zolağı sahillərini, İordan çayının qərb sahili ilə İordaniya, Qəzza ilə Misir arasındakı girişləri bağlamışdır. Sinaqoq, ticarət mərkəzləri, supermarketlər, bazarlar və avtobus dayanacaqlarına xüsusi diqqət yetirilir.Ötən il kurort şəhəri Netanyada pasxa bayramı günlərində bir kamikadzenin hücumu nəticəsində 29 adam qətlə yetirilmişdi. Dünən İsrail məhkəməsi hadisədə əli olan 4 fələstinlini ömürboyu azadlıqdan məhrum etmişdi. Onların hamısı İsrailin məhvini öhdəçilik götürən "Həmaz" qrupunun üzvləridir.

XS
SM
MD
LG