Şimali İraqdakı Mosul şəhərində Amerika əsgərləri ilə toqquşmalarda azı yeddi iraqlı qətlə yetirlib. Bunu Birləşmiş Ştatların hərbi şəxsləri bildiriblər. Hadisə dünən Amerika desantçılarının hökümət binaşı qarşısında gedən etiraz nümayişi vaxtı atəşə məruz qalmalarından sonra baş verib. Şəhərdən gələn xəbərlərə əsasən İraq müxalifət liderinin çıxışından sonra kütlə nəzarətdən çıxmışdır.