Accessibility links

Afinada AB-nin sammiti keçirilir - 2003-04-16


Avropa Birliyinin üzvlüyünə namizəd 10 ölkənin təmsilçisi təşkilatdakı rollarını müəyyən edəcək bir razılıq imzalamışlar. Sənədin imzalanması mərasimində Avropa Birliyinin hazırkı prezidenti Yunanıstanın baş naziri Kostas Simitis Avropa Birliyinə üzv olan və üzvlüyə namizəd ölkələri alqışlamışdır. Bu arada yığıncaq keçirilən binanın yaxınlığında İraq müharibəsinin əleyhinə olan minlərlə nümayişçi ilə polis arasında toqquşmalar olub. Nümayişçilər polisə yanğın bombaları atmış, polis isə onlara gözyaşardıcı qazla cavab vermişdir.

XS
SM
MD
LG