Accessibility links

Əfqanıstan-Pakistan sərhədlərində atışma olub - 2003-04-17


Bu gün səhər tezdən Əfqanıstanın şərq sərhədlərini keçən pakistanlı yaraqlılarla Əfqanıstanın sərhəd keşirkçiləri arasında atışma olub. Əfqanıstanın daxili işlər naziri Əli Əhməd Cəlali müxbirlərə polis qüvvələri ilə yaraqlılar arasında atışmanın Xost vilayətinin sərhəddən 5 km-lik məsafədə yerləşən Qulam Xan kəndində olduğunu deyib. Cənab Cəlalinin dediyinə görə pakistanlılar sərhədlərdən geri qaytarılıb. Tələfat barədə heç bir mə’lumat əldə edilməyib.

XS
SM
MD
LG