Accessibility links

Səddam Hüseynin maliyyə naziri ələ keçirilib - 2003-04-19


Birləşmiş Ştatların hərbi rəsmiləri deyirlər ki, İraq polisi Səddam Hüseynin maliyyə nazirini ələ keçirmiş və Amerika dəniz qüvvələrinə təhvil vermişlər. Birləşmiş Ştatların Mərkəzi komandanlığından verilən xəbərə görə Hikmət İbrahim Əl-Əzzavidə Səddam Hüseynin və onun rejiminin üzvlərinin xaricə köçürdükləri milyardlarla dollar barədə mə’lumat olduğuna inanılır. Birləşmiş Ştatların rəsmiləri eləcə də bildirirlər ki, Baaz partiyasının həbs edilmiş üzvü Samir Əl-Əziz Əl-Nacim partiyanın işi barədə mə’lumata malik ola bilər. Bağdaddan verilən xəbərə görə şəhərdə nisbətən sakitlikdir, lakin amerika qüvvələrinin İraqı tərk etməsi tələbi ilə nümayişlər davam edir.

XS
SM
MD
LG