Accessibility links

Birləşmiş Ştatlar İraqda hərbi bazalar yaratmağı planlaşdırır - 2003-04-20


”Nyu York Taymz” qəzeti Birləşmşi Ştatların İraqda yaradılacaq yeni hökmətlə uzunmüddətli hərbi əlaqələr yaratmağı, o cümlədən, hərbi bazalardan istifadə etməyi planlaşdırdığını yazır. Bu gün nəşr edilmiş məqalədə Buş administrasiyasının yüksək səviyyəli rəsmi nümayəndələrinə istinad edilərək İraqda dörd bazanın yaradılmasının nəzərdən keçirildiyi deyilir. Bunlardan birinin Bağdadın beynəlxalq hava limanıın yaxınlığında olacağı nəzərdə tutulur. Rəsmi nümayəndələr Bilrəşmiş Ştatların İraq rejiminin qalıqlarına qarşı əməliyyatlara yardım məqsədilə bu bazalardan istəfadə edildiyini söyləmişlər. Bazarlardan habelə təchizatın və humanitar yardımın çatdırılması, habelə, kəşfiyyat patrulu üçnü istifadə edildiyi deyilir. Qəzetin yazdığına görə, hərbi bazaların yaradılması administrasiyanın hərbi qüvvələrin İraqdan tez bir zamanda çıxarılması siyasətinə əks deyil.

XS
SM
MD
LG