Accessibility links

Çində xəstəlikdən ölənlərin sayı artır - 2003-04-20


Çinndə, xüsusilə də Pekində atipik pnevmoniya halları xəbər verildiyinədən qat-qat artıqdır. Bunu Çinin səhiyyə nazirinin müavini Qao Qiyanq müxbirlərə bildirib. Cənab Qaonun bildirdiyinə görə, xəstəlik nəticəsində 79 nəfər ölmüş, 18 nəfər xəstəliyə tutulmuşdur. Namə’lum xəstəlik ən çox Honq-Konqda yayılmışdır. Rəsmi mə’lumatlara əsasən, bu gün daha 7 nəfər ölmüş, xəstəliyə daha 22 nəfər tutulmuşdur. Xəstəlik nəticəsində ölənlərin ümumi sayı indi 88-ə çatır. Min dörd yüzə yaxın adamın artıq xəstələndiyini, ya da atipik panevmoniyaya tutulanlarla təmasda olduğu müəyyən edilmişdir.

XS
SM
MD
LG