Accessibility links

General Qarner Bağdadda yeni idarəyə başçılıq edəcək - 2003-04-21


Müharibədən sonra İraqın yenidənqurulmasına cavabdeh olan Birləşmiş Ştatların təqaüddəki generalı Jay Garner Baqdadıdır. Baqdaddakı müxbirimiz Alişa Ryu-un məlumatını dinləyək. General Garner Küveytdən Baqdada gedib. Onu Britaniyalı müavini Tim Cross daxil olmaqla, təxminən mülki idarəsinin 20 üzvü müşayiət edib. Amerikanın Beşinci ordusu korpusunun nümayəndəsi mayor VVilliam Thurmond deyir ki, general Garner və onun qrupu bu yaxın günlərdə Baqdda daxil olmaqla, ölkənin müxtəlif bölgələrinə səfərlər təşkil edəcəklər. General Baqdadda bir xəstəxanaya və bəzi yerli polis məntəqələrinə gedib. O həmçinin paytaxtın elektrik və su təminatı satansiyalarına baş çəkib. Bundan sonra o, İraqın başqa şəhərlərinə səfər edəcək və sonra da Baqdada qayıdacaq.” Prezident Buş bu yaxınlarda general Garneri Yenidənqurma və humanitar yardım agentliyinin başçısı təyin etmişdi. Agetliyə Səddamdan sonra İraqda iqtisadiyyatın bərpası və hakimiyyətin İraq xalqının nümayəndələrinə təhvil vermək üçün zəmin hazırlamaq haqqında sərəncam verilib.

General Garner bir çox ciddi problemlərlə qarışacağını etiraf edir. Onların arasında yoxsuluq, etnik və dini qruplar arasındakı rəqabət, Amerika ordusunun İraqda uzun bir vaxt üçün qalmasına olan müxalifət də vardır. General deyir ki, o İraqın yenidənqurulması işi nə qədər vaxt alacağı deyə bilməz. Amma bildirib ki, İraqlılar demokratik seçkilər keçirməyincə və yeni lider seçməyincə Birləşmiş Ştatlar və onun müttəfiqləri İraqı tərk etməyəcəklər.

XS
SM
MD
LG