Accessibility links

Yeni hökumətin təşkili baş tutmadı - 2003-04-23


Fələstin lideri Yasir Ərəfat və Baş nazir Mahmud Abbasın yardımçıları dünən gecədən bu gün səhərə qədər kecirdikləri görüşdə Fələstin Muxtar idarənin yeni hökumətinin təşkili ilə bağlı heç bir razılığa gələ bilməyiblər. Əbu Mazen ləğəbilə tanınan cənab Abbas deyir ki, əgər cənab Ərəfat onun təhlükəsizlik ximətinə irəli sürdüyü namizədi təsdiq etməsə, vəzifəsindən istefa verəcək. Onunla cənab Ərəfat arasındakı münaqişə keçən şənbə günü daha da kəskinləşmişdi. Şənbə günü Cənab Ərəfat Baş Nazirin yeni kabinetə göstərdiyi namizədləri bir daha rədd etdiyinə görə, cənab Abbas yığıncağı tərk etmişdi. Cənab Abbas Məhəmməd Dahlanıni Təhlükəsizlik xidmətinə başçılığa namizəd götərmişdi. Cənab Ərəfat isə indiki təhlükəsizlik xidmətinin başçısı Hanni Əl Həsəni vəzifəsində saxlamaq istəyir.

XS
SM
MD
LG