Accessibility links

ABŞ konqresmeni Suriyada səfərdə olub - 2003-04-26


ABŞ-ın Suriyada səfərdə olan Kongresmeni Tom Lantos bildirib ki, Suriyanın Amerika ilə münasibətlərini yaxşılaşdırması üçün terrorçu təşkilatları himayə etməsindən əl çəkməsi lazımdır. Kaliforniya ştatının kongresmeni cənab Lantos bu gün Dəməşqdə müxbirlərə deyib ki, Suriya Livandan çıxmalı və Livandakı Hizbullah qrupu kimi terrorçu qrupları himayə etməyi dayandırmalıdır. Cənab Lantos bunu da qeyd edib ki, Suriya İraq müharibəsində İraqı himayə etməsinə görə ABŞ-da nüfuzdan düşüb. O Suriyanın Prezidenti Bəşar Əl Əsadla görüşündən sonra bu bəyanatı verib.

XS
SM
MD
LG