Accessibility links

Hindistanda 5 nəfər öldürülüb - 2003-04-27


Birləşmiş Ştatların dövlət katibi Kolin Pouell Kəşmirdəki zorakılıqlarla bağlı demişdir ki, Vaşinqton dəfələrlə Pakistandan islam döyüşçülərinin Hindistan ərazilərinə girmələrinin qarşısnı almağa çağırmışdır. Dövlət katibi Hindistanın “Star” xəbər agentliyinə bildirmişdir ki, Amerikanın bu tələbi qarışıq nəticələrlə qarşılanır. Cənab Pouellin bu çıxışı Kəşmirdə döyüşçü olduqlarından şübhələnilən 3 şəxsin və iki təhlükəszlik işçisinin öldürülməsindən bir neçə saat sonraya təsadüf edir. Hindistan polisinin bildirdiyinə görə dünən Şrinaqarda həyata keçirilən bomba partlayışı və atışmalar zamanı 5 nəfər öldürülmüşdür.

XS
SM
MD
LG