Accessibility links

İraqın daha bir keçmiş rəsmi nümayəndəsi nəzarət altına alınıb - 2003-04-27


Birləşmiş Ştatların rəsmi nümayəndələri İraqın keçmiş yüsək səviyyəli rəsmi nümayəndəsi, general-leytenant Hüsam Məhəmməd Əminin və özünü Bağdadın meri el’lan etmiş Məhəmməd Möhsün Zübeydinin koalisiya qüvvələrinin nəzarəti altında olduqlarını bildirirlər. Hələlik İraqın Milli monitorinq direktorluğunun keçmiş başçısı Məhəmməd Əminin təslim olduğu, ya da ələ keçirildiyi mə’lum deyil. General Əmin İraqın axtarışda olan 56 rəsmi nümayəndəsinin siyahısında qırx doqquzuncu idi. Onun Səddam Hüseynin silah proqramları haqda mə’lumatı olduğuna inanılır. Birləşmiş Ştatların hərbi qüvvələri habelə, özünü Bağdadın meri e’lan etmiş Məhəmməd Möhsün Zübeydinin də həbs edildiyini bildirirlər. Koalisiya qüvvələrinin mətbuat katibinin dediyinə görə, Məhəmməd Zübeydi koalisiya qüvvələrinə dəstək verə bilmək qabiliyyəti olmadığına və ona verilməmiş səlayyətlərdən istifadə etdiyinə görə həbs edilmişdir.

XS
SM
MD
LG