Accessibility links

Rusiya hərbi qüvvələrinin Tacikistanda mövcuduluğu gücləndiriləcək - 2003-04-27


Moskva Əfqanıstandan narkotik maddələr axını ilə mübarizə aparmaq və terror təhlükəsinin qarşısını almaq üçün Tacikistanda hərbi mövcudluğunu artıracaq. Bunu bu gün Düşənbədə Rusiyanın hərbi kompleksinə baş çəkmiş Rusiya prezidenti Vladimir Putin bəyan edib. Rusiyanın hərbi qüvvələri Sovet İttifaqı dağılandan sonra Tacikistanın Əfqanıstanla sərhəddini mühafizə edirlər. Prezident Putinun bildirdiyinə görə, Rusiya kəşfiyyatının son mə’lumatlarına əsasən, Taliban hərəkatı və Əl-Qaidə qüvvələrinin fəaliyyətlərinin artdığı Əfqanıstanda vəziyyət gərgin olaraq qalmaqdadır.

XS
SM
MD
LG