Accessibility links

Ukraynada mətbuatın azadlığı artırılır - 2003-04-28


Ukrayna prezidenti Leonid Kuçma ölkədə mətbuat azadlığının gücləndirilməsi ilə bağlı yeni qanun imzalayıb. Parlamentin aprel ayının 3-də təsdiq etdiyi bu qanuna əsasən senzura məhdudlaşdırılır, mətbuat bir sıra məhkəmə proseslərindən müdafiə edilir. Yeni ölçülərə görə rəsmi nümayəndələrin jurnalistlərin işinə müdaxilə etmələri cinayət hesab edilir və jurnalistlərin böhtanlara görə cərimə məbləğləri azaldılır. Keçən həftə prezident Kuçma Ukraynanın baş prokurorundan prezidenti tənqid etdikləri üçün məsuliyyətə cəlb edilən jurnalistlərin işinin bağlanmasına çağırmışdı. Prezident demişdir ki, o özünü mətbuat tənqidlərindən müdafiə edə bilər. Amma eyni zamanda o, jurnalistlərin bə’zən söz azadlığından sui-istifadə etdiklərini bildirmişdir.

XS
SM
MD
LG