Accessibility links

Xalq Mücahidlərilə atəşkəs haqda razılığın detalları açıqlanıb - 2003-04-29


Birləşmiş Ştatların hərbi qüvvələri Amerikanın terrorçu qrup kimi tanıdığı İranın müxalifət Xalq Mücahidləri qrupu ilə atəşkəs haqda razılaşma ilə bağlı detalları açıqlayıblar. Hərbi qüvvələrin rəsmi nümayəndələrinin bildirdiyinə görə, aprelin 15-də atəşkəs haqda razılığa əsasən, İraqda mənzillənən qrupa silahlarını saxlamaq imkanı verilmişdir. Qrup artilleriya silahahlarını təhlükə yaratmayan mövqelərə yerləşdirmək və heç bir dövlət və şəxsi mülkiyyəti dağıtmamağa razılıq vermişdir. Birləşmiş Ştatların hərbi qüvvələrinin rəsmi nümayəndəsinə istinad edən Nyu York Tayms yazır ki, Xalq Mücahidləri İranın həm öz ərazisində, həm də İraqda kəşfiyyat fəaliyyətlərilə bağlı mə’lumatlar verə bilər.

XS
SM
MD
LG