Accessibility links

ABŞ Dövlət Departamentində terrorçuluqla mübarizənin hesabatı - 2003-04-30


Dövlət Departamenti bu gun Global Terrorçuluğun vəziyyəti barədə bir hesabat dərc edib. Hesabatda beynəlxalq terrorçuluğun yaxın tarixi, terrorçu təşkilatların vəziyyəti, onlarla indiyə qədər aparılan mübarizə barədə məlumat verilir. Hesabatda Azərbaycan Respublikası da daxil olmaqla dünyanın müxtəlif ölkəklərinin terrorçuluqla mübarizəsi və bu məqsədlə ABŞ-la apardığı əməkdaşlığa xüsusi yer verilib. ABŞ Dövlət Departamentinin Global Terrorçuluq barədə hesabatında terrorçuluqla mübarizə barədə hərbi, diplomatiya, kəşfiyyat, hüquq - mühafizə və maliyyə sahələrində beynəlxalq fəaliyyətlər haqda ətraflı məlumat verilir, bu barədə ABŞ-la əməkdaşlıq edən ölkə və beynəlxalq təşkilatlar sadalanır. Hesabatda qeyd edilir ki, 11 Sentyabrdan sonra ABŞ beynəlxalq terrorçuluqla mübarizə sahəsində güclü bir koalisiya təşkil etməyə nail olub. Bu barədə xüsusilə Rusiya, Çin, Hindisdan, Pakistan və Orta Asiya respublikaları ilə yaxından əməkdaşlıq aparıldığına işarə edilir. Hesabatda deyilir ki, Əfqanıstanda Əl Qaidənin quruluşu barədə əldə edilən kəşfiyyat məlumatları bu təşkilatın dağıdılmasına kömək edib. ABŞ Dövlət Departamentinin hesabatında qeyd edilir ki, Azərbaycan ABŞ-ı terrorçuluqla mübarizədə dəsdəkləməyə davam edir. Azərbaycan 2001-ci il Sentyabrın 11-d bəri ABŞ-la onsuz da mövcud olan əməkdaşlığını daha da möhkəmləndirib. Azərbaycan terrorçularla əlaqəsi olduğundan şübhələnilən onlarla xarici ölkə vətəndaşını ABŞ-a təhvil verib. Azərbaycanın sərhəd keşikçiləri Azərbaycanın Iranla sərhədlərinə daha möhkəm nəzarət etməyə başlayıblar. Bakının Binə aeroportunda da təhlükəsizlik tədbirləri möhkəmləndirilib və Azərbaycan Beynəlxalq Mülki Aviasiya Təşkilatının təhlükəsizliklə bağlı tövsiyyələrini yerinə yetirib.

ABŞ Dövlət Departamentinin hesbatında qeyd olunur ki, əvvəllər, Qafqazlar üzərindən adam, pul və material aparan, terrorçu təşkilatlarla əlaqəsi olan beynəlxalq mücahidlər Azərbaycandan keçirdilər. Bakı isə 2002-ci ildə belə fəaliyyətlərə qarşı tədbirləri gücləndirib və həmin fəaliyyətlərin qarşısının alınmasında müəyyən nailiyyət əldə edib. Azərbaycan terrorçuların bu ölkədəki yerli banklardan istifadəsinin qarşısını almaq üçün də addımlar atıb. Azərbaycan Global terrorçuluqla mübarizədə təşkil edilmiş koalisiya daxilində ABŞ-la siyasi cəhətdən də güclü əməkdaşlıq edir. Prezident Əliyev may ayında hökumətə göstəriş verib ki, BMT Təhlükəsizlik Şurasının 13-68, 13-73 və 13-77 nömrəli qətnamələrini tətbiq etməyə başlasın. Ölkənin cinayət məcəlləsində də dəyişiklik edilərək terrorçu fəaliyyətlər üçün ən ağır cəza 15 ildən ömürlük həbsə qaldırılıb. Aprel ayında isə Ədliyyə Nazirliyi iki müsəlman xeyriyyə cəmiyyətini Azərbaycanın milli mənafei əleyhinə fəaliyyət göstərdiklərinə görə bağlayıb. Noyabr ayında isə Azərbaycan, Benevolence International adlı müsəlman xeyriyyə cəmiyyətinin bank hesablarını dondurub və təşkilatın qeydiyyatını ləqv edib. Dövlət Departamentinin hesabatında qeyd edilir ki, aprel ayında Azərbaycanda, İslam aləmində sərhədsiz, din əsasında bir dövlət təşkil etmək istəyən Ifrat, Hizb ut-Tahrir təşkilatının altı üzvünə yeddi ilə qədər iş verilib. Gürcüstanın Pankisi dərəsində hərbi təlim görmüş və Çeçenistanda döyüşməyə getmək istəyən yeddi Azərbycan vətəndaşı haqqında da may ayında məhkəmə hökm çıxardıb. ABŞ Səfirliyinə hücum təşkil etmək istəyən və 2000-ci ildə həbs edilən yerli terrorçu qrupun üzvləri 2001-ci ildə həmin terrorçu plana görə mühakimə olunublar.

XS
SM
MD
LG