Accessibility links

"Yol xəritəsi" planı Fələstinə və İsrailə təqdim olunub - 2003-04-30


Birləşmiş Ştatların İsraildəki səfiri Daniel Kurtzner ölkəsinin “Yol Xəritəsi” adlı sülh planını İsrailin Baş Naziri Ariel Şarona təqdim edib. Səfir Kurtzner ilə Baş Nazir Şaron arasındakı görüş cənab Şaronun Qüdsdəki iqamətgahında qapalı qapılar araxasında keçirilib. Bu görüş Fələstinin yeni Baş naziri Mahmud Abbasın 24 naziri ilə birlikdə vəzifələrinə başlamaları münasibətilə andiçmə mərasimindən sonraya təsadüf edir. Yol Xəritəsi adı ilə tanınan plan Birləşmiş Ştatlar, BMT, Avropa Birliyi və Rusiya tərəfindən tərtib edilib. Planda iki il yarımdan çox davam edən zorakılıqların dayandırılması, Fələstin-İsrail danışıqlarının bərpası, 2005-ci ildə Fələstin dövlətinin təşkili, Fələstin və İsrail dövlətlərinin dinc və yanaşı yaşaması məsələləri qeyd edilib. Prezident Buşun idarəsi bildirmişdi ki, yeni Fələstin hökuməti təşkil olunan kimi, Yol xəritəsi adlı sülh planını da açıqlayacaq. Fələstinlilər Birləşmiş Ştatları planı dərhal açıqlamağa çağırıblar. Bu gün Birləşmiş Ştatların nümayəndəsi Ramallah şəhərində Yol xəritəsi planını Baş Nazir Mahmud Abbasa təqdim edib. İsrail isə bildirib ki, o planın əsas prinsiplərilə razıdır, lakin ona bəzi dəyişikliklər və əlavələr edilməlidir. Fələstinlilərin qanunveriçilər Şurası Baş Nazir Mahmud Abssaın kabinetini təsdiq etdikdən bir neçə saat sonra Fələstinli bir intiharçı Tel-Əvivin bir kafesində bədəninə bağladığı bombanı partlatmışdır. Fəth təşkilatından ayrılmış Əl-Aqsa şəhidləri briqadası və Həmas qrupları bu əməliyyatın məsuliyyətini öz üzərinə götürüblər. Cənab Mahmud Abbas Fələstinli yaraqlıları tərk-silah edəcəyinə vəd verib. Həmas və Əl-Aqsa şəhidləri briqadası qrupları isə tərksilah olmayacaqlarını və İsrailə qarşı hücumlarını bundan sonra da davam etdirəcəklərini bildiriblər.

XS
SM
MD
LG