Accessibility links

Pakistanla Hindistan arasında diplomatik əlaqələr bərpa edilə bilər - 2003-05-02


Bu gün Hindistanın baş naziri Atal Behari Vacpayi parlament qarşısında Pakistanla diplomatik əlaqələrin bərpa edilməsi təklifi ilə çıxış edib. Təklif Pakistan tərəfindən alqışlanıb və Pakistan bu öhdəliyi qarşılayacağına işarə edib. Cənab Vacpayi deyib ki, Pakistanla sülh əldə edilməsi onun ömrünün son cəhdləridir. 78 yaşlı Hindistan lideri 1999 və 2001-ci illərdə Pakistanla iki nailiyyətsiz sammit keçirmişdi.

XS
SM
MD
LG