Accessibility links

Qəzzada Britaniya jurnalisti öldürülüb - 2003-05-03


Qəzza bölgəsinin cənubundakı Rəfah qaçqın düşərgəsində işləyən Britaniya jurnalisti İsrail qüvvələrinin atəşi nəticəsində həlak olmuşdur. Müstəqil jurnalist Ceyms Miller İsrail qüvvələrinin evləri dağıtdıqlarını lentə alarkən öldürülmüşdür. İsrail ordusunun bildirdiyinə görə qüvvələr fələstinlilərin silah qaçaqmalçılığı üçün istifadə etdikləri tuneli aşkar etdikləri vaxt atəşə məruz qalmış və cavab verməyə məcbur olmuşlar. Ordu Ceyms Millerin məhz həmin vaxt güllə qurbanı olduğunu bildirir. Yerli şahidlər isə qüvvələrə qarşı atəş açılmadığını, televiziya dəstəsinin ağ bayrağı və gödəkçələri üzərində böyük hərflərlə yazılmış TV işarəsinin aydın görüldüyünü deyirlər. Hərbi qüvvələr cənab Millerin hədəf alındığını inkar edərək, mülki vətəndaşlar arasındakı ölüm hallarından təəssüfləndiyini bildirib. Jurnalist xəstəxanaya aparılarkən yolda vəfat etmişdi. Cənab Miller zorakılıqların qurbanı olan fəsləstinli uşaqlar haqda sənədli film çəkirdi.

XS
SM
MD
LG