Accessibility links

Pakistan və Hindistan diplomatik münasibətləri bərpa edirlər - 2003-05-06


Pakistan Hindistanın keçən həftə diplomatik münasibətləri yenidən qurmaq və rabitə əlaqələrini bərpa etmək haqda təklifinə razılığını verib. Təklifi Hindistanın baş naziri Atal Behari Vəcpayi parlamentdə etmişdir. O bildirmişdir ki, ömrünün sonunda qədər Pakistanla daimi sülhə nail olmaq istəyir. Bu gün Pakistanın baş nazir Zəfərulla Xan Camal ölkəsinin Hindistanın təklifinə razı olduğunu demiş və nüvə silahına malik iki düşmən dövlət arasında e’timadın yaradılması üçün tədbirləri açıqlamışdır. Baş nazir habelə bildirmişdir ki, iki xalqın mübahisəli Kəşmir regionu ətrafında uzun sürən münaqişəyə son qoya biləcəyinə ümid edir. Zəfərulla Xan Camal qeyd etmişdir ki, 70-dən çox mal üzərinə qoyulan gömrük və tarifləri azaltmaqla iki ölkə arasında ticarət əlaqələrini artırmağı planlaşdırır.

XS
SM
MD
LG