Accessibility links

Istanbulda Çingiz Aytmatovun 75. il yubilyeyi keçirilib - 2003-05-06


Keçən həftə İstanbul Bələdiyyəsi Mədəniyət Şöbəsi Çingiz Aytmatovun 75.ci il yubileyini keçirib. Qeyd edək ki, İstanbuldakı tədbir Çingiz Aytmatovun 75-ci il yubileyi üçün il ərzində keçiriləcək tədbirlərin birincisidir. Çingiz Aytmatovun İstanbul bələdiyyəsinin təşkil etdiyi yubileyinin Türk Dünyası Ədəbiyyat günlərindən sonraya təsadüf etməsi səbəbilə/ təşkil edilən mərasimdə Azərbaycan da daxil Türk Respublikalarından çoxlu yazıçı, şair və alim iştirak edib. Çingiz Aytmatovun yubileyi Zafər Tarık Tunaya mədəniyyət mərkəzində təşkil edilib. Tədbirdə Egey Üniversiteti Ədəbiyyat Fakülteti, Türk Ədəbiyyatı Bölməsinin Türk Ləhçələri Şöbəsinin Sədri Professor Yavuz Akpınar da iştirak edirdi. Cənab Akpınar qeyd edir ki, Çingiz Aytmatovun yubileyində Türkiyədəki çoxlu təşkilat iştirak etdi, onun əsərləri və yaradıcılığı barədə çıxışlar oldu. Cənab Akpınar söyləyir ki, yubiley tədbirinə əhali də geniş maraq göstərmiş və xüsusilə tələbələr olmaqla çoxlu adam Çingiz Aytmatovun kitablarını müəllifinə imzalatmaq üçün uzun növbədə gözləmişdir. Bunu da qeyd edək ki, keçən həftə yubiley tədbirləri çərçivəsində Çingiz Aytmatovun əsərləri əsasında çəkilmiş filmlər də İstanbulda göstərilməyə başlanmışdır. Cənab Akpınar qeyd edir ki, Türk Dünyasından mədəniyyət xadimləri barədə keçirilən belə tədbirlər nəticəsində Türkiyədə əhali həmin xalqların mədəniyyətləri ilə daha yaxından tanış olma imkanı əldə edir. O İstanbul və Ankara da bunun kimi kino, tiatr və opera günlərinin təşkil edildiyini deyir. O bunu da qeyd edir ki, indiki tədbirlər göstərir ki, artıq Türk xalqları arasındakı əlagələrdə romantik, emossional fikirləri, biri birinin mədəniyyətini tanımaq və əməkdaşlıq arzusu əvəz edib. Qeyd edək ki, Çingiz Aytmatovun Türkiyədə təşkil edilən yubileyində Azərbaycanın tanınmış yazıçısı Anar da iştirak edirdi

XS
SM
MD
LG