Accessibility links

Dik Çeyni seçkilərdə iştirak edəcək - 2003-05-07


Birləşmiş Ştatların vitse-prezidenti Dik Çeyni keçmiş sağlamlıq problemlərinin ona mane olmayacağını bildirərək, 2004-cü il seçkilərində prezident Buşla bərabər iştirak edəcəyini bəyan edib. 1978-ci ildən 4 dəfə infarkt keçirən 62 yaşlı cənab Çeyni “Dallas Morning Nyus”a özünü yaxşı hiss etdiyini və gündə 24 saat yanında həkim olduğunu bildirib. Dik Çeyni prezident Buşun nə zaman rəsmən namizədliyini irəli sürəcəyini bilmədiyini deyib.

XS
SM
MD
LG