Accessibility links

Amerika Iraqa qarşı BMT sanksiyalarının aradan qaldırılmasına çalışır - 2003-05-08


Birləşmiş Ştatlar İraqa qarşı sanksiyaların aradan qaldırılması ilə bağlı BMT qətnaməsinə Təhlükəsizlik Şurasının üzvləri arasında dəstək qazanmaq üçün fəal iş aparır. Dövlət Katibi Kolin Pauel bildirib ki, İraqa qarşı müharibənin başlanması ilə əlaqədar fikir ayrılıqları artıq keçmişdə qalmalıdır. Onun sözlərinə görə, İraq xalqının yükünü yünqülləşdirmək üçün bir araya gəlməyin vaxtı gəlib çatıb. Birləşmiş Ştatlar BMT sanksiyalarına son qoyacaq və İraq neftinin ixracına yol açacaq qətnamə layihəsini bu həftə BMT-yə təqdim etmək ümidindədir. Bu gün Dövlət Departamentinin yüksək səviyyəli rəsmi nümayəndəsi saknsiyalar məsələsini Moskvada Rusiyanın rəsmi şəxslərilə müzakirə edib.

XS
SM
MD
LG