Accessibility links

İraqda 3 minə yaxın adamın basdırıldığı məzar tapılıb - 2003-05-14


Xilasetmə işçilərinin Bağdadın cənubunda qazıntılar aparması nəticəsində minlərlə insan cəsədinin olduğu kütləvi məzar aşkar edilmişdir. İnsan Hüquqları müdafiəçilərinin bildirdiyinə görə, bu, Səddam Hüseynin devrilməsindən sonra tapılan ən böyük kütləvi məzardır. Minlərlə adam Mahavil kəndinin yaxınlığındakı məzarlığa gəlib öz yaxın qohumlarının cəsədlərini axtarır. Human Rights Watch beynəlxalq insan hüquqları təşkilatından Piter Bukert deyir ki, məzarlığın aşkar edilməsi məqsədi ilə qazıntılar çox dərin aparıldığı üçün cəsədlərin çoxu zədələnmiş və onların kimliyinin müəyyən edilməsi cətinləşmişdir.Bə’zi cəsədlərin üstündən pul kisələri, pasportlar və onların şəxsiyyətini müəyyən etməyə imkkan verən sənədlər tapılmışdır. Bu yolla demək olar ki, onlarla adamın şəxsiyyəti müəyyən edilib. Amma qazıntıların çox dərin aparılması nəticəsində bir çox cəsədlərin müəyyən edilməsi mümkün olmayacaq. Xilasetmə işçiləri indiyə qədər 2500 insan cəsədinin tapıldığını deyir. Onların dediyinə görə, kütləvi məzarda 1991-ci ildə Səddam Hüseyn soyqırımının qurbanları olan 14000 adamın cəsədi ola bilər. Xilasetmə işçiləri şəxsiyyəti müəyyən edilmiş qurbanların adlarını oxuyurlar. Ora futbol meydancası sahəsi qədər bir yeri əhatə edir və traktorlar yeri qazmağı davam edirlər.

XS
SM
MD
LG