Accessibility links

Amerika İrana hücum etmək niyyətində deyil - 2003-05-15


Birləşmiş Ştatların dövlət katibi Kolin Pouell Tehranın kütləvi qığırn silahları istehsal etdirə bilməsinə dair narahatlıqlara baxmayaraq, Vaşinqtonun İrana qarşı heç bir hərbi əməliyyata hazırlaşmadığını deyib. Birləşmiş Ştatların dövlət katibi Kolin Pouell “Exo Moskvı” radiosuna bildirib ki, Birləşmiş Şttaları İranın nüvə proqramı olduqca narahat edir, lakin Amerika beynəxlaq ictimaiyyət vasitəsi ilə İranı, onun sözləri ilə deyilsə, sülh yolunu seçməyə razı salacaq.Xatırladaq ki, Birləşmiş Ştatlar Rusiyanı İranın nüvə proqramının inkişafına yardım göstərməsinə son qoymağa çağırır. Amerika Rusiyanın nüvə yardımından kütləvi qırğın silahlarının istehsalında istifadə ediləcəyindən qayğılanır. İran və Rusiyanın rəsmi nümayəndələri isə aralarındakı əməkdaşlığın yalnız sülh xarakteri daşıdığını iddia edilər.İran məsələsinin müzakirəsi də daxil edilməklə dövlət katibinin iki günlük səfəri başa çatarkən, Rusiyanın xarici işlər nazirinin müavini Georgi Mamedov Tehranı beynəlxalq Atom Enerji agentliyinin bütün nüvə sahələrinin qeyd edildiyi protokolunu imzalamağa səsləmişdir. Cənab Mamaedov demişdir ki, Rusiya Birləşmiş Ştatların narahatlığını bölüşür və İranın kütləvi qırğın silahları istehsal etdiyini görmək istəmir.

XS
SM
MD
LG