Accessibility links

ABŞ-ın Ədliyyə Nazirliyi iki yəmənliyə qarşı ittiham irəli sürdü - 2003-05-15


Birləşmiş Ştatların Ədliyyə Nazirliyi 2000-ci ildə Amerikanın hərbi gəmisinin partlayışında günahlandırılan, Əl-Qaidə ilə əlaqəsi olan iki yəmənliyə qarşı rəsmən ittiham irəli sürüb. Fəhd Əl-Qusi və Camal Əhməd Məhəmməd Əl-Bədaviyə qarşı 50 maddədən ibarət itthamnamə bu gün Amerikanın baş prokuroru Con Aşkraft tərəfindən oxunub. İttihamlara qətl, qətl cəhdləri və Amerika əmlakının dağıdılması ilə bağlı konspirasiya da daxildir. Xatırladaq ki, Amerikanın hərbi gəmisi 2000-ci ilin oktyabr ayının 12-i partlayıcı maddələrlə dolu kiçik bir qayığın gəmiyə dəyməsi ilə partladılmışdı.

XS
SM
MD
LG