Accessibility links

Livan ordusu terror qrupunun üzvlərini həbs edib - 2003-05-15


Livan ordusu Birləşmiş Ştatlar və ölkədə digər obyektlərə qarşı terror hücumu planlaşdırmaqda şübhəli olan terror qrupunun üzvlərini həbs etdiyini bildirir. Terror qrupu habelə Livanın nazirlər kabinetinin üzvlərini oğurlayıb qətlə yetirməkdə ittiham edilir. Bu inkişaflar Birləşmiş Ştatların Dövlət Departamentinin Əl-Qaidə terror şəbəkəsi ilə əlaqədar təşkilatların Malaziya və Keniyada hücumlar həyata keçirə biləcəyilə bağlı xəbərdarlığından sonraya təsadüf edir. Britaniya hökuməti terror təhlükəsinin artdığına görə bu gün Keniyaya və Keniyadan uçan bütün təyyarələrin uçuşların tə’xirə salındığını e’lan edib. Bu arada, Federal Təhqiqat Bürosunun 34 adamın ölümünə səbəb olmuş bomab partlayışlarını təhqiq etmək üçün göndərdiyi hey’ətin Səudiyyə Ərəbistanına yetişəcəyi gözlənilir.

XS
SM
MD
LG