Accessibility links

Rusiyaya daha artıq islahatlar lazımdır - 2003-05-16


Rusiya prezidenti Vladimir Putin xalqa müraciətində Rusiyanın sosial, iqtisadi və hərbi islahatlar tələb edən ciddi təhlükə qarşısında olduğunu deyib. Bu gün Kremldə çıxış edən prezident Putin Rusiyanın onun prezidentlik müddəti ərzində bə’zi nailiyyətlərə nail olduğunu, lakin hələ görülməli bir çox işin qaldığını bildirib. Prezident Putin deyib ki, Rusiya beynəlxalq inteqrasiya yolunda irəliləyişə nail olsa da, iqtisadiyyatın canlandırılması və yoxsulluqla mübarizədə daha əzmkar olmalıdır. Rusiya prezidenti məcburi hərbi xidmət müddətinin iki ildən bir ilə endirilməsinə cağırıb.

XS
SM
MD
LG