Accessibility links

İran Amerikanın ittihamlarını yenə də rədd edib - 2003-05-16


İran bir daha Əl-Qaidə üzvlərinə sığınacaq verdiyi və nüvə silahları istehsal etdiyi ilə bağlı Amerikanın ittihamlarını rədd edib. İslam respublikasının dövlət İRNA xəbər agentliyi xarici işlər nazirliyinin nümayəndəsi əmid Rza Asefiyə istinad edərək bildirib ki, İran terrorizmlə mübarizəyə ciddi yanaşır, nüvə proqramı isə sülh mahiyyəti daşıyır. Xatırladaq ki, bu həftənin əvvələrində ABŞ-ın müdafiə naziri Donald Ramsfeld Amerikanın rsəmi nümayəndələrinin Əl-Qaidə üzvlərinin İranın harasında olduğunu bildiklərini demişdi.

XS
SM
MD
LG