Accessibility links

Dünya liderləri Mərakeşdəki partlayışları qınayır - 2003-05-17


Dünya ölkələri liderləri Mərakeşdə ölümlə nəticələnən partlayışları qınamış və bu terror aktlarının terrorizmlə mübarizəni səngitməyəcəyini demişlər. Ötən həftə ölkəsində terror hücumu baş vermiş Səudiyyə Ərəbistanının şahzadəsi Abdulla bu partlayışları qinamiş və ölənlərin ailələrinə başsağlığı vermişdir. Poma papası ikinci İohan Pavel bunu “günahsız insanları hədəf alan kor-koranə zorakılıq” adlandırmışdır. Almaniya və Rusiya da bu bomba partlayışlarını qınqmış və terrorizmə qarşı mübarizəni daha da gücləndirməyə çağırmışlar. Birləşmiş Ştatların müdafiə nazirinin müavini Pol Volfovitzə istinad edən Fransanın Xəbərlər Agentliyi hücumda Ərəb dünyasının nailiyyətınə mane olmağa çalışan terrorçuları günahlandırdığını bildirib.

XS
SM
MD
LG