Accessibility links

Səudiyyə Ərəbistanı terrorçu hücumlarda İslam ekstremistlərini günahlandırır - 2003-05-18


Mərakeşin rəsmi nümayəndələri cümə günü Kasablankada baş vermiş partlayışlarda şübhələnilən şəxslərin axtarışını davam etdirirlər. Mərakeş hökuməti bu partlayışların Əl-Qaida terror qrupu ilə əlaqədə olan şəxslər tərəfindən həyata keçirildiyinə inanır. Mərakeş rəsmilərinin dediyinə görə, 41 adamın ölümü ilə nəticələnən bu partlayışların təşkilində şübhələnilən 30 həfər həbs edilmişdir. Təhqiqat zamanı əsas diqqət intiharçılardan sağ qalanların axtarışına verilir. Rəsmilər deyirlər ki, bunlar Əl-Qaidə ilə əlaqəsi olan “Sələfiyyə Cihadiyyə” ekstremist qrupunun üzvləri ola bilər. Kasablankada eyni zamanda baş verən 5 partlayışın mə’suliyyətini hələ ki, öz üzərınə götürən yoxdur. Bellərinə partlayıcı maddə bağlamiş 14 nəfərdən ibarət intiharçı 5 qrupa bölünərək maşınlkarını hədəf seçdikləri yerlərə yaxın sürüb özlərini partlatmışlar. Onların həfədlərinə Yəhudi mərkəzi, bir hotel və İspan klubu daxildir. Ölənlərin siyahısına 13 intiharcı və 7 avropalı daxildir. Bunlardan 2-si ispan, 2 italyalı və 3-ü fransızdır. Mərakeşin Daxili İşlər Nazirliyi bu axtarışların aparılmasında polisin tərəqqi əldə etdiyini deyir. Mərakeş kralı Məhəmməd Həsən Auridinin nümayəndəsi deyir ki, bu bomba partlayışları gözübağli beynəlxalq terrorçuların işidir. Mərakeşin Daxili İşlər naziri Mustafa Sahelin bildirdiyinə görə, cümə günü Kasablankada və keçən bazar ertəsi Səudiyyə Ərəbistanında 34 adamın ölümü ilə nəticələnən bomba partlayışları arsaında oxşarlıq var. Səudiyyə Ərəbistanının rəsmiləri bu partlayışlara görə Əl-Qaidə terror şəbəkəsinin mə’suliyyət daşıdığını deyirlər. Birləşmiş Ştatların rəsmi nümayəndələri terrorçuluqda şübhənilənlərlə bağlı kəşfiyyat mə’lumatlarının bölüşdürülməsi və Əl-Qaidə terror şəbəkəsi ilə əlaqədə olan şəxslərin axtarışında əməkdaşlığıa görə Mərakeşdən razılığını bildirirlər.

XS
SM
MD
LG