İntihar bomba hücumu zamanı 3 adam həlak olub, 30 nəfər yaralanıb İsrail polisi ölkənin şimalında Afula şəhərində baş vermiş bomba partlayışı nəticəsində üç adamın həlak olduğunu, 30 adamın yaralandığını xəbər verir. Rəsmi nümayəndələrin bildirdiyinə görə, hücumçu bombanı alış-veriş mərkəzində təhlükəsizlik xidmətinin yoxlanışından keçmək üçün növbədə dayanarkən işə salmışdır. Bu, son üç gündə fələstinlilərin beşinci hücumudur. Bundan əvvəl Qəzza zolağının cənubunda bir nəfər fələstinli sürdüyü velosipedi hərbi maşına yaxınlaşdıraraq üzərindəki partlayıcı maddələri işə salmışdır. Üç İsrail əsgəri yaralanmışdır. Bunların hamısının həyata keçirilməsində Həmas qrupu iştirak edir. Qüdsdən Amerikanın Səsinin müxbiri Ros Dann daha ətraflı mə’lumat verir.
Fələstinli hücumçu keşik çəkən hərbi cip maşınının yanından keçib partlayıcı maddələri işə salmışdır. İntiharçı özü həlak olmuşdur. Yəhudi yaşayış məntəqəsi Kfar Darom yaxınlığında baş vemriş hadisə Qüdsdə həyata keçirilmiş intihar bomba hücumlarındaın iki gün sonraya təsadüf edir. Həmas qrupu bütün dörd hücumun məs’uliyyətini öz üzərinə götürmüş və bundan sonra da hücumlar həyata keçirəcəyinə and içmişdir. İsrail hücumlara cavab olaraq İordan çayının Qərb sahili və Qəzza zolağını bütünlüklə bağlamışdır. Baş naziri Ariyel Şaron yol xəritəsi Yaxın Şərq sülh plannı ABŞ prezidenti Corc Buşla müzakirə etmkə üçün Vaşinqtona səfərini tə’xirə salmışdır. İsrailin nazirlər kabineti eyni zamnada, Fələstinlilərin lideri Yasir Ərəfata siyasi təzyiqləri artırmaq qərarına gəlmişdir. Bu qərara əsasən, Yasir Ərəfatla görüşən xarici diplomatlar, ya da siyasətçilərin İsrailin rəsmi nümayəndələrilə görüşməsinə icazə verilməyəcək. Kabinet həmçinin Yasir Ərəfatın Qərb sahilindən çıxarılması məsələsninciddi surətdə nəzərdən keçirir.