Accessibility links

ABŞ Dahrandakı konsulluğunu bağlayıb - 2003-05-19


Birləşmiş Ştatlar Səudiyə Ərəbistanının Dahran şəhərindəki konsulluğunu bağlayıb. Bu qərar diplomatik nümayəndəliyin əsas qapısı qarşısında bir silahlı şəxsin həbs edilməsindən sonra verilib. Bu insident Səudiyənin paytaxtı Riyadda bir həftə qabaq bomba hücumlarından sonra krallıqda yeni terror hücumları ilə bağlı qorxuların artdığı bir vaxta təsadüf edir. Həmin hücumlar nəticəsində 34 nəfər, o cümlədən səkkiz amerika vətəndaşı qətlə yetirilmişdir. Birləşmiş Ştatlar səfirliyinin bəyanatında deyilir ki, silhalı şəxs Darhandakı konsulluq işə başlamamışdan qabaq, bazar ertəsi səhər tezdən nəzarət altına alınmışdır. İnsident başp verən vaxt yaralanan olmayıb. Hadisənin istintaqı gedir.

XS
SM
MD
LG