Accessibility links

Prezident Buş baş nazir Mahmud Abbasla fikir mübadiləsi aparıb - 2003-05-20


Prezident Buş Yaxın Şərqdə terrorla mübarizə və İsraillə təhlükəsizlik sahəsində əlaqələrin yaxşılaşdırılması məsələlələrini Fəlsətinlilərin baş naziri Mahmud Abbasla telefonla müzakirə etmişdir. Bu, iki rəsmi şəxs arasında ilk belə söhbətdir. Ağ Evin mətbuat katibi Ari Fleyşerin bildirdiyinə görə, prezidnet Buş “bütün tərəfələrin terrorizmə qarşı mübarizə etməsinə ehtiyacın olduğunu”, sülh və sabitliyiə nail olmaq üçün “konkret addımların atılmalı olduğunu bir daha bəyan etmişdir. ABŞ prezidenti və Fələstinin baş naziri arasında söhbət yol xəritəsi kimi tanınan Yaxın Şərq üzrə sülh planının təqdim edilməsindən sonra intiharçıların silsilə bomba hücumları və İsrailin təhlükəsizlik qüvvələrinin əməliyyatlarının həyata keçirildiyi bir vaxta təsadüf edir. isiralin baş naziri Ariyel Şaron prezident Buşla Ağ Evdə görüş keçirməli idi. Lakin intihar bomba hücumlarından sonra səfərini tə’xirə salmışdır. Mətbuat katibi Ari Fleyşer ABŞ prezidentinin baş nazir Abbasla 15 dəqiqəlik telefon shöbətindən razı qaldığını bildirmişdir. Onun dediyinə görə, cənab Buş Mahmud Abbasın özünü sülh işinə həsr etmiş və Fələstin xalqının gələcəyinin “zorakılıqlar törətməklə sülh prosesini yolundan döndərməyə çalışanlara” qarşı mübarizədən asılı olduğunu dərk edən bir islahatçı olduğuna inanır. Cənab Fleyşerin qedy etdiyi kimi, baş nazir Abbas prezident Buşa Fələstin muxtariyyətində islahatlar keçirmək və terrorizmlə mübarizə etmək işinə sadiq olduğunu bildirib.

XS
SM
MD
LG