INTRO: AMERİKA KONQRESMENİ İRANDA DEMOKRATİK, DÜNYƏVİ HÖKÜMƏTİN YARADILMASI MƏQSƏDİNİ GÜDƏN QANUN LAYİHƏSİ TƏKLİF EDİB. .
Kanzas ştatından respublikaçı Senator Səm Braunbək Birləşmiş Ştatları İrandakı demokratiya tərəfdarlarına dəstəyin gücləndirilməsi və bu ölkədə Birləşmiş Ştatların maliyyələşdirdiyi yayımın artırılmasına çağıran qanun layihəsi təklif edib.
Kapitoliydə keçirdiyi mətbuat konfransında Senator Braunbək bildirirb ki, İranda 1997-ci ildən prezident vəzifəsində olan Məhəmməd Xatəmi islahatla bağlı verdiyi sözlərə əməl edə bilmədi.
BRAUNBƏK: İran ideoloji diktaturadır.Bunun başında məhdudiyyətisiz veto hüququna malik olan seçilməmiş ali ruhani rəhbər və istənilən islahatın qarısını ala biləcək Nəzarət Şurası dayanır.
Birləşmiş Ştatlar qlobal terrorizmə qarşı mübarizə apardığı və qonşu İraqda açıq, demokratik cəmiyyət qurmağa çalışdığı bir vaxt senator Braunbək iddia edir ki, İranın hazırkı höküməti dəyişdirilməyənə qədər Yaxın Şərqdə heç vaxt həqiqi sabitlik bərqarar olmayacaq.
O qeyd edir ki, İran Birləşmiş Ştatlar Dövlət Departamentinin terrorizmi dəstəkləyən dövlətlər siyahısındadır. Keçən həftə isə Amerika rəsmiləri bildiriblər ki, İran Əl-Qaidə terror şəbəkəsinin bir sıra liderlərinə öz ərazisində sığınacaq verib. Tehran bu ittihamları rədd edir.
Lakin Senator Braunbak İranda rejim dəyişikliyi üçün gücdən istifadənin tərəfdar deyil.
BRAUNBAK- Mən ümüd edirəm ki, bu, tələb olunmayacaq. Biz burada etmək istədiyimiz odur ki, İraqda eyni dərəcədə olmayan, amma İranda olan demokratiya carçılarına dəstək verək. Mənə elə gəlir ki, proseslər İranın daxilindən başlaya bilər.
Buş administrasiyası daxilində İranla münasibətlər məsələsi ilə bağlı debatlar davam edir, Dövlət Departamenti İranla dialoqun davam etdirilməsi cəhdlərinin artırılmasına meyil göstərir. Müdafiə nazirliyi və Ağ Ev isə bu ölkəyə qarşı sərt xəttin seçilməsinə tərəfdardırlar. Bəzi amerika rəsmiləri hətta hesab edirlər ki, İran inqilab ərəfəsindədir.
Senator Braunək qanun layihəsini əslən İranlı olan Amerika vətəndaşlarının əhatəsində təqdim etmişdir. Onlar İranın rejiminin dəhşətləri, işkəncələr və həbslər barədə məlumat veriblər. Onlardan biri Röya Sepehrrad idi. O 1981-ildə 1985-ci illə qəədr İranın islam rejimi ilə razılaşmadığına görə azyaşlı olaraq həbsə məhkum olunmuşdur. Böyük həyacanla danışan Xanım Sepehhrad sağ qaldığına görə özünü xöşbəxt hesab edir.
Mən ona görə buradayam ki, bu ruşvətxor mollalar mənim ailəmin vard dövlətini mənim həyatıma dəyişdiriblər. Mənim 16 və 17 yaşlı ən yaxın iki dostum edam olundu. Dostlarımın çoxu edam olunmamışdan qabaq zorrlanıblar. Mollalar inanır ki, İnqilab keşikçilərin bu eybəcər hərəkatları ilə Allah yolunda qurban edirlər.
Senator Braunbək inanınr ki, onu təklif etdiyi qanun layihəsi güclü dəstək qazanacaq. Buna oxşar qanun layihəsi Nümayəndələr Palatasında da veriləcək.